Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan “Ərazi Tikinti-Planlaşdırma Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində vəsait köçürülməsi qərara alınıb.
Qurumdan “Report”a bildirilib ki, bütün dünyanın koronavirusa qarşı mübarizə apardığı bu dövrdə Komitənin kollektivi də xalqla həmrəydir.