Dövlət başçısı: –“Ermənistanın baş naziri mənim ondan tələb etdiyimi desə, biz bu gün dayanmağa hazırıq”

“Biz bu reallığı dəyişdik. Hərbi həll yolu var. Lakin bizim bu gün danışdığımız ondan ibarətdir ki, gəlin, hərbi həllin həmin səhifəsini bağlayaq və siyasi həllə keçək”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, hərbi-siyasi həll üstünlük təşkil etməlidir: “Əgər Ermənistanın baş naziri mənim artıq ondan tələb etdiyimi desə, biz bu gün dayanmağa hazırıq. İndi sülh prosesi artıq qismən yerinə yetirilmiş əsas prinsiplərin qalan hissəsinin icrasına əsaslanmalıdır. Bizə Kəlbəcər, Laçın və Ağdamın bir hissəsinin boşaldılması ilə bağlı dəqiq vaxt cədvəli lazımdır. Bundan sonra düşünürəm ki, regiona sülh gələcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü kiçik, yoxsul, asılı Ermənistana təsir edə bilmir? Sadəcə, istəmədilər” –

Sonrakı məqalə

Prezident İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi –