Dövlət başçısı Gürcüstan Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişviliyə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Ilham Əliyev Hadruta və Tuğ kəndinə səfər edib

Sonrakı məqalə

Azərbaycan Prezidenti Hadrutda yeni məscidin təməlini qoyub