Dövlət Komitəsi dini maarifləndirmə tədbirlərini turizm şirkətinə həvalə edib –1 milyon manat ayrılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “RR Travel Company” MMC olub.

Dövlət Komitəsi QSC-yə dini maarifləndirmə tədbirləri ilə bağlı işlərin və xidmətlərin satınalınmasına görə 1 milyon 48 min 978 manat 70 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 10 manat nizamnamə kapitalı olan “RR Travel Company” MMC-nin qanuni təmsilçisi Günəş Şirvanskaya Yəhya qızıdır.
Şirkət 21.11.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Mirəli Seyidov, ev 35. M. 3-də yerləşir.
Qeyd edək ki, “RR Travel Company” MMC turizm şirkətidir və əsasən xarici ölkələrə turizm səfərlərinin təşkili üzrə ixtisaslaşıb. “RR Travel Company” MMC “RR Group of Companies” MMC-yə bağlı olduğu bildirilir. Nizamnamə kapitalı 40 manat olan “RR Group of Companies” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb.

MMC-nin sahibi Qarayev Rafiq Hümbət oğludur.

Rafiq Qarayev 5 may 1973-cü ildə Ağdam rayonunda anadan olub.

BDU Hüquq fakultəsinin magistr pilləsini bitirib. ADİU İqtisadiyyat və idarəetmə fakultəsinin magistr dərəcəsini bitirmişdir. ADNSU İqtisad fakultəsində fəlsəfə doktoru üzrə təhsilini davam etdirir.

Azərbaycan Türkiyə İş Adamları Birliyinin İdarə heyətinin üzvüdür.

2006-cı ildə “RR Group of Companies”-i təsis edib. Qarabağ müharibəsi veteranıdır.

Əvvəlki məqalə

Putin yeni təhlükəsizlik konsepsiyasının hazırlandığını elan etdi

Sonrakı məqalə

Lukaşenko Rusiyada PA əməkdaşlarını danladı