Putin yeni təhlükəsizlik konsepsiyasının hazırlandığını elan etdi

Rusiya prezidenti Vladimir Putin Rusiya və Belarus İttifaq dövlətinin  təhlükəsizlik konsepsiyasının hazırlanmasına başlandığını elan edib.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, bu, gələcək sosial-iqtisadi inkişafa təminat verir.

“İclasın gündəliyinə salınan və bu gün baxılan İttifaq dövlətinin təhlükəsizlik konsepsiyasının hazırlanmasına başlanması ilə bağlı məsələ böyük əhəmiyyət kəsb edir. Bu sənəd dövlətlərimizin xarici sərhədlərində artan gərginlik, bizə qarşı tətbiq edilən sanksiyalar və informasiya müharibəsi fonunda qarşılıqlı fəaliyyətimizin əsas vəzifələrini formalaşdırmaq məqsədi daşıyır”, – Putin bildirib.

Rusiya prezidentinin sözlərinə görə, strateji planlaşdırma ilə məşğul olmaq və dayanıqlı mütərəqqi sosial-iqtisadi inkişaf üçün İttifaq dövlətinin təhlükəsizlik sistemlərini gücləndirmək lazımdır.

Azpost.info

 

Əvvəlki məqalə

“Makronun bəyanatı təhdid və şantajdır” –

Sonrakı məqalə

Dövlət Komitəsi dini maarifləndirmə tədbirlərini turizm şirkətinə həvalə edib –