Dövlət qurumlarından balıq ovu ilə məşğul olanlaraMÜRACİƏT

Kürütökmə dövründə balıq ovuna qoyulan moratoriumla əlaqədar Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi və Ekoloji Təhlükəsizlik Xidməti birgə müraciət yayıb.

“Report”a daxil olan müraciətdə balıqların kürütökmə dövrü ilə əlaqədar balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərə mayın 1-dən sentyabrın 1-dək elan olunan moratorium müddətində balıq ovlanmasını dayandırmaları, balıqların təbii artımına və çoxalmasına bilavasitə maneə yaradan əməllərdən çəkinmələri bildirilir.

Qeyd olunub ki, qadağan olunan vaxtlarda və qadağan olunmuş vasitələrlə balıq ovlanması ölkəmizin su bioresurslarının, o cümlədən də əhalinin qida rasionunda zəruri yer tutan balıq məhsullarının tamamilə azalmasına, hətta bəzi növlərin nəslinin kəsilməsinə şərait yaradır:

“Ona görə də bütün balıqçılara tövsiyə edirik ki, müəyyən olunmuş tələblərə əməl etsinlər və sivil balıqçılıq qaydalarını mənimsəsinlər.

Əks təqdirdə, tələblərə məhəl qoymayan, balıq ovuna davam edən şəxslərə qarşı Su Nəqliyyatında Polis İdarəsi tərəfindən qanunamüvafiq tədbirlər görüləcək, cinayət işinin açılmasınadək ciddi cəza tədbirləri tətbiq olunacaq”.

Su Nəqliyyatında Polis İdarəsi Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ölkənin su hövzələrində əməliyyat və nəzarət tədbirlərini davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Delta Telekom” internetin kəsilmə səbəbini açıqladı-

Sonrakı məqalə

Nikol Paşinyan evini satışa çıxarıb