Dövlət Turizm Agentliyi xarici jurnalistlərə 135 min xərcləyəcək

Dövlət Turizm Agentliyi
Dövlət Turizm Agentliyi

Dövlət Turizm Agentliyi Cənubi Koreya və İsraildən gələn jurnalistlər, bloqerlər və turizm şirkətləri nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili məqsədilə 135 039 AZN məbləğində xidmətlərə vəsait ayıracaq.

AzPost-un E-tender.az-a istinadla verdiyi məlumata görə, bu barədə müqavilə Agentliklə “Vata” MMC arasında imzalanıb. Müqavilənin əsas məqsədi xarici media nümayəndələrinin və bloqerlərin Azərbaycanda turizmi tanıması, ölkənin mədəniyyət və turizm imkanlarını daha yaxından görməsi üçün səfərlərin təşkilidir.

Səfər proqramına Cənubi Koreya və İsraildən ümumilikdə 30 nəfər jurnalist, bloqer və turizm şirkəti təmsilçisi daxildir.

Müqavilənin dəyəri 135 039 AZN təşkil edir və bu vəsait səfərlərin təşkili, qonaqların yerləşdirilməsi, nəqliyyat, bələdçilik və digər əlaqəli xidmətlərin təmin olunmasına sərf olunacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.