Dövlət Dəniz və Liman Agentliyinin 270 minlik tenderi ləğv edildi

Dövlət Dəniz və Liman Agentliyi
Dövlət Dəniz və Liman Agentliyi

“Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxsin İKT avadanlıqların və aksesuarların alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

Pravda.az-ın xəbərinə görə, bu barədə qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Bildirilib ki, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun deyil.

Satınalmanın dəyəri 274 639 AZN olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.