Millət vəkili Fazil Mustafa parlamentin aprelin 22-də keçirilən iclasında dövlət qulluğu imtahanında yüksək bal toplayan gənclərin müsahibə mərhələsində məqsədli şəkildə prosesdən keçirilmədiklərini bildirib.
Deputatın sözlərinə görə, bununla bağlı gələn şikayətlər göstərir ki, bu problem həll edilməlidir.
“Dövlət Qulluğunda imtahandan keçən gənclər müsahibə mərhələsini keçə bilmir. Məqsəd onların yerinə qeyri-leqal alınmış müqaviləli işçiləri saxlamaqdır. Uduzan gənclər məhz bu səbəbə görə uduzur. Suallar bilərəkdən çətin salınır ki, cavab verə bilməsinlər və nəticədə bu şəxslərin əziyyəti heç olur. Konkret olaraq maraqlı orqanın təmsilçiləri komissiyadan çıxarılmalıdır”, – deputat bildirib.