Dövlət Sərhəd Xidmətinin 400 minlik tenderi ləğv edildi –Camaşırları yuyan şirkət tapılmayıb

Dövlət Sərhəd Xidmətinin (DSX) camaşırların yuyulması ilə bağlı elan etdiyi tender ləğv olunub.

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Tenderin ümumi dəyəri 404 150 AZN olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.