Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Dövlət ali məktəblərində pullu təhsil yolverilməzdir” –

User 04 İyun 2022 - 23:56 (Last updated: 21 May 2025 - 20:15)
ilyas ismayilov
“Dövlət ali məktəblərində təhsilin pullu olması yolverilməzdir, çünki dövlət strukturları bizneslə məşğul ola bilməzlər”.
Azpost.info bildirir ki, bu sözləri Ədalət Partiyasının sədri İlyas İsmayılov ölkədə təhsil haqqının bahalığı barədə ovqat.com-a danışarkən deyib.
İ.İsmayılovun sözlərinə görə, yalnız özəl məktəblər pullu təhsil vermək hüququna malik olmalıdır, amma onlar da insafı əldən verməməlidirlər.: “Bu isə yenə dövlət orqanlarının həmin ali məktəblərə nəzarəti ilə mümkündür”.
Partiya sədrinin fikrincə, Azərbaycanda təhsil haqqının bahalı, təhsilin isə keyfiyyətsiz olduğunu nəzərə alıb xaricdə oxumağa üstünlük verənlər də çoxdur: “Hər il minlərlə abituriyent Ukrayna, Türkiyə, Macarıstan, Baltikyanı və s. kimi ölkələrdə təhsil almağa yollanırlar. Qeyri-rəsmi məlumatlara görə, təkcə Ukraynada 20 mindən çox azərbaycanlı tələbə təhsil alır. Türkiyədə təhsil alanların sayı daha çoxdur. Səbəb həmin ölkələrdə təhsilin keyfiyyətli, təhsil haqqının isə aşağı olmasıdır. Təsəvvür edin ki, Almaniya, Fransa və s. kimi Avropa ölkələrində ali məktəblərin əksəriyyəti pulsuzdur. Özəl ali məktəblərin təhsil haqqı isə 500-1000 avro arasındadır. Əlillik dərəcəsi olan tələbələr isə özəl ali məktəblərdə təhsil haqqından azad olunurlar. Ailəsinin maddi durumu aşağı olan tələbələr də həmçinin. Bu il keçirilən prezident seçkiləri ərəfəsində Fransa rəhbəri Makron ali məktəblərdə pulsuz təhsil məsələsinə yenidən baxılması məsələsini qaldırmışdı. Az qala bu təklifinə görə kürsüsündən olacaqdı. Fransada 2019-cu ilə qədər hətta xarici tələbələr üçün də təhsil pulsuz idi. 2019-cu ildə bu imtiyaz ləğv olunsa da, bir çox proqramlar sayəsində xarici tələbələr ildə 170-200 avro ödəməklə təhsil ala bilirlər. Eyni fikirləri başqa Avropa ölkələri üçün də demək mümkündür”.
İ.İsmayılov Azərbaycanda ali məktəblərin təhsil haqqının ailələrin illik qazanclarını keçməsini ümumiyyətlə absurd sayır: “Zənnimcə, bu cür absurd vəziyyət səbəbsiz deyil. Məqsəd xalqın intellektual səviyyəsini aşağı salmaqdır. Çünki savadsızlıq mütilik yaradır”.
Bütün bu absurdların səbəbini Azərbaycan hakimiyyətinin uzağa hesablanmış siyasəti ilə əlaqələndirən partiya sədri deyib: “Bilirsiniz ki, insanlıq orta əsrlərin qaranlıq çağından qurtulmasını oxumağın əlçatanlığına borcludur. 15-ci əsrin sonlarında Avropada ilk dəfə mətbəə kəşf olunandan sonra kasıblar da oxumaq imkanı əldə etdilər. Çünki kitabların kütləvi nəşri başladı və hər kəs onu əldə etmək şansına qovuşdu. O zamana qədər isə yalnız oliqarxlar kitab sahibi ola bilirdilər. Beləcə, cəmiyyətlər də savadlana-savadlana indiki vəziyyətə gəlib çıxdılar. Azərbaycanda təhsil siyasəti isə sanki Avropadan dünyaya yayılan İntibah ənənələrini baltalamağa xidmət edir. Pullu təhsil siyasəti  bu da ölkəni orta əsrlər çağına sürükləmək başqa bir şey deyil”.

Post navigation

Previous: Sosial şəbəkədə İŞİD-i təbliğ edən Qusar sakini saxlanılıb
Next: Qazaxıstanda bu gün referendumdur –

Oxşar xəbərlər

DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41

xƏBƏR

iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42
İran ABŞ-la hərbi əməliyyatların yenidən başlaması ehtimalı fonunda Yaxın Şərq ölkələrindən Vaşinqtona dəstək verməkdən imtina etmələrini tələb...
Read more about İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?
Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub budce
  • Baş Yazı

2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

User 23 Oktyabr 2026 - 10:24
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 23 Oktyabr 2026 - 10:06
Borca görə axtarışda olan 88 nəfər saxlanılıb DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.