Dövlət Bağçalı Türkiyə Böyük Millət Məclisinin sədri olacaq- Ərdoğan

MHP sədri Dövlət Bağçalı Türkiyə Böyük Millət Məclisinin müvəqqəti sədri olacaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Türk” və “Kanal D”nin birgə canlı yayımında bildirib.

O qeyd edib ki, Bağçalı təklifi qəbul edib.

Xatırladaq ki, Türkiyədə 14 may 2023-cü ildə keçirilən Prezident və Parlament seçkilərində hakim “Cumhur İttifaqı” 322 yerlə Məclisdə çoxluq əldə edib. 28 mayda isə Prezident seçkilərinin ikinci turu keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.