Dövlət Ekoloji Təhlükəsizlik Xidməti gücləndirilmiş iş rejiminə keçib

Ətraf mühitin qorunması, atmosfer havasının mühafizəsi, ətraf mühitə atılan, axıdılan və yerləşdirilən tullantıların qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, ekoloji hüquqpozmalarla bağlı məlumatların operativ qaydada əldə edilməsinin səmərəli təşkili məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti gücləndirilmiş iş rejiminə keçib və bu məqsədlə “Qaynar xətt” yaradılıb.

Xidmətdən bildirilib ki, vətəndaşlardan qarşılaşdıqları ekoloji problemlərlə bağlı dərhal 012 538 71 81, 055 538 71 81 telefon nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.