“Dövlət SOCAR-dakı payını satmağı planlaşdırmır” –Mikayıl Cabbarov “özəlləşdirmə proqramı qəbul olunacaq” dedi

“Azərbaycan bu il dövlət şirkətlərində, o cümlədən SOCAR-dakı payını satmağı planlaşdırmır”.

Azpost.info bildirir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov nufuzlu “Bloomberg” Agentliyinə müsahibəsində bildirib.

Nazir deyib ki, bütün dövlət şirkətləri özəlləşdirilməyəcək. M.Cabbarovun sözlərinə görə, buna baxmayaraq Azərbaycan özəlləşdirmə proqramı qəbul etmək niyyətindədir. Bura indiyə qədər təklif edilməmiş yeni aktivlər daxil ediləcək: “Biz müəyyən edilmiş vaxt müddətində “özəlləşdirmə xətrinə özəlləşdirmə” keçirməyi doğru saymırıq. Ona görə, biz investisiya holdinq şirkəti yaratmışıq. Bu holdinqə işləmək və səhmlərinin dəyərlərini böyütmək imkanı verilib”.

Nazirin sözlərinə görə, 21 böyük dövlət şirkətinin iştirakı ilə yaradılan yeni dövlət holdinqində effektivliyi və korporotiv idarəçiliyi yüksəltmək, eyni zamanda onları mümkün özəlləşdirməyə hazırlamaq nəzərdə tutulub.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir