Dövlət Xidmətinin 7 milyon manat vergi borcu niyə yaranıb? –AÇIQLAMA

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 7 milyon manat vergi borcunun olması ilə bağlı məsələyə aydınlıq gətirib.

Dövlət Xidmətindən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, sözügedən vəsait 2011-2012-ci illərdə dövlət büdcəsindən ayrılmış əsaslı vəsait qoyuluşu hesabına tikilmış obyektlər üzrə yaranmış borcdur.

Qeyd edək ki, bir neçə gün öncə “APA-Economics”də Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Vergi Xidmətinə 6 991 660 manat borcunun olması barədə xəbər verilib. Hazırda Dövlət Xidmətinin vergi borcu 6 573 687 manat təşkil edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.