DSMF arxiv rəflərinin alınmasına 2 milyon manat xərcləyib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı üçün odadavamlı, metal arxiv rəflərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.

APA-Economics” dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi “Norton Trade” MMC seçilib.

Qalib şirkətlə bağlanan müqavilənin dəyəri 1 milyon 994 min təşkil edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.