DSMF-də gənc əməkdaşlar üçün təlim keçirilib

19 Noyabr 2020 - 16:04

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) gənc kadrların peşəkarlığının artırılması məqsədilə növbəti təlim Fondun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının gənc əməkdaşları üçün təşkil olunub.

Bu barədə Azpost.info-ya DSMF-dən məlumat verilib.

Onlara ünvanlı dövlət sosial yardımı proqramının hüquqi, iqtisadi və təşkilati əsasları ilə bağlı ətraflı məlumatlar verilib. Aztəminatlı ailələri əhatə edən ünvanlı dövlət sosial yardımı sisteminin əsas prinsipləri (ünvanlılıq, ədalətlilik, bərabərlik) onlara ətraflı izah olunub, proqramın icrası zamanı bu prinsiplərə daim ciddi əməl olunmasının vacibliyi diqqətə çatdırılıb. Təlim iştirakçılarının sualları da cavablandırılıb. Öz fəaliyyət sahəsi üzrə bilikli və peşəkar mütəxəssis hazırlığının təmin olunması məqsədi ilə bu təlimlər qarşıdakı dövrdə də davam etdiriləcək.