DSMF sədri Alman-Azərbaycan Ticarət Palatasının sədri ilə görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişovla Alman-Azərbaycan Ticarət Palatası (AATP) İdarə Heyətinin sədri Fərid İsayev və Palatanın icraçı direktoru Tobias Baumann arasında işgüzar görüş olub.

Fonddan verilən məlumata görə, H.Məmişov son illər Azərbaycanda sosial təminat sistemində aparılan islahatlar, görülən işlər, əhaliyə göstərilən elektron xidmətlər, proaktiv pensiya təyinatı, prioritet hədəflər barədə məlumat verib.

Görüşdə Alman-Azərbaycan Ticarət Palatasının nümayəndələri sosial təminat sahəsində qabaqcıl beynəlxalq təcrübənin, o cümlədən Almaniya təcrübəsinin təşviqi işində Fondla əməkdaşlıq etmək niyyətlərini ifadə ediblər. Təcrübə və məlumat mübadiləsinin daha geniş müstəvidə aparılması məqsədilə qarşılıqlı fəaliyyətin aktuallığını bildiriblər. Əməkdaşlıq istiqamətlərini özündə ehtiva edəcək Niyyət Protokolunun imzalanmasının məqsədəuyğun ola biləcəyini qeyd ediblər.

İkitərəfli əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Sosial təminat sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması məsələləri müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şəkər xəstəliyini erkən mərhələdə necə aşkarlamaq olar?

Sonrakı məqalə

Pensiyanın ödənilməsi əlillik müddəti bitdiyi gündən dayandırılır –