DSX-nin vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanıldı- AÇIQLAMA

Baş Prokurorluq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil mühafizəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı keçirilən əməliyyata münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanovun “Report”a verdiyi məlumata görə, DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

O qeyd edib ki, detalları barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, rəsmi məlumata əsasən, DTX və Baş Prokurorluq tərəfindən həyata keçirilən birgə əməliyyat-istintaq tədbirləri nəticəsində DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sevinc Fədai xəbər saytına Baş redaktor təyin edilib

Sonrakı məqalə

“Siz daim xalq içində olmalı, vətəndaşların problemlərini təhlil etməlisiniz”