DTX mərhum pilotun adından açılmış saxta profili araşdırır –AÇIQLAMA 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından sosial şəbəkələrdə saxta profil açılması ilə bağlı müraciəti icraata götürüb.

Bu barədə Azvision.az -a MiQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, bu məsələnin aydınlaşdırılması istiqamətində addımlar atılır: “Dövlət Təhlükəsizliyi Xidməti müraciətə kifayət qədər ciddi yanaşır. İnanırıq ki, mütləq şəkildə nəticə əldə olunacaq”.

Qeyd edək ki, sosial şəbəkədə pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından saxta profil açılıb. Həmin profil vasitəsilə insanlardan maddi yardım istənilib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir