DTX-nin Biləsuvarda keçirdiyi əməliyyatla bağlı açıqlama

29 Aprel 2020 - 14:51

“Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat zamanı saxlanıldığı qeyd edilən Mübariz Mustafayev Məşğulluq Xidmətinin əməkdaşı deyil”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, M.Mustafayev işində yol verdiyi ciddi nöqsanlara görə bir müddət əvvəl Biləsuvar rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, Qafqazinfo.az saytı DTX-nın Biləsuvarda əməliyyat keçirdiyini və Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev də daxil olmaqla bir sıra şəxsləri həbs etdiyini yazıb.