DTX-nın həbs etdiyi şöbə rəisi müğənni Səfurə Əlizadənin atasıdır

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyindən (XİN) həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində həbs edilən XİN-in İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə ilə bağlı maraqlı detal məlum olub.

S.Əlizadə hamının “Yeni ulduz” müsabiqəsindən yaxşı tanıdığı müğənni Səfurə Əlizadənin atasıdır.

Onu da qeyd edək ki, Səlim Əlizadə mərhum energetika naziri Natiq Əliyevin qudasıdır. Səfurə Əlizadə 5 iyul 2013-cü ildə Bodrumda sabiq Energetika Naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev ilə ailə həyatı qurub. (Modern.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xüsusi karantin dövründə icazə verilən sahələrə uyğun fəaliyyət növləri

Sonrakı məqalə

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib