Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib.
AzPost-un News24.az-a istinadən məlumatına görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.
“Report” isə onunla birgə müavinlərinin və rayonun bir neçə vəzifəli şəxsinin saxlanıldığını yazıb.
Hazırda onlar Bakıya gətirilir.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərin hansı qanunsuz əməllərdə təqsirli bilindiyi məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə araşdırmalar gedir.
İstintaq Dövlət Təhlükəsizliyi Xidmətində aparılır.