Dubay bu gündən turist qəbuluna başlayır

Dubay iyulun 7-dən yenidən xarici turistləri qəbul etməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə əmirliyin səlahiyyətliləri məlumat verib.

Eyni zamanda, Dubaya gələnlərin hamısı koronavirusdan keçdiklərini və cavabın mənfi olduğunu göstərən sənəd təqdim etməli və ya hava limanında testdən keçməlidirlər. Nəticə müsbət olarsa, turistlər 14 günlük karantinə göndəriləcək.

Qeyd edək ki, hazırda Dubaydan kənarda olan əmirlik sakinləri iyulun 6-dan etibarən geri qayıda bilərlər. Onlar da gəldikdən sonra koronavirus testinin nəticələrini təqdim etməli və ya nəticə çıxana qədər özlərini təcrid etməli olacaqlar. Eyni qayda ilə nəticə müsbət olarsa, onlar da 14 gün müddətində karantinə alınacaqlar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir