Dubayda limanda baş verən partlayışın səbəbi açıqlandı

08 İyul 2021 - 08:04

Dubay limanında baş verən partlayış yanıcı maddələr və materiallar daşıyan yük tankerində olub.

“Al Arabiya” telekanalı xəbər verir ki, Dubay hökumətinin rəsmi nümayəndəsi Mona əl-Marri bildirib.

Onun sözlərinə görə, gəmidəki heyəti vaxtında təxliyə olunub.

Hazırda partlayışdan sonra gəmidə baş verən yanğının söndürülməsi tədbirləri görülür.(APA)