Dubayda səmada “odlu kürə” müşahidə olunub.
AzPost bildirir ki, bu görüntüləri rusiyalı turistlər lentə alıblar.
UFO-nun mənşəyi haqqında hələ dəqiq məlumat yoxdur.
Rus turistlər SHOT-a deyiblər ki, Dubaydakı Le Royal Méridien Beach Resort & SPA otelində şam yeməyinə oturduqları zaman səmada uçan “odlu kürə”ni görüblər: “Göydə parlaq bir işıq gördük, sanki ulduz uçurdu. İz uzun idi, təxminən 30-40 saniyə idi. Sonra o, qəflətən gözdən itdi.”
BƏƏ-də hər hansı bir partlayış və ya insident qeydə alınmayıb. Çox güman ki, bu, Yer atmosferində yanan bir meteor olub.