Dumanın deputatı fərariləri güllələməyə çağırıb

Rusiya Dumasının deputatı Aleksey Juravlev mövqelərini özbaşına tərk edən hərbçiləri güllələməyə çağırıb.

Azpost.info xəbər verir ki, deputatın sözlərinə görə, xüsusi hərbi əməliyyatda qalib gəlmək üçün Rusiya hərbi-səhra məhkəmələrini geri qaytarmalıdır.

“Bu gün də olmasa, sabah onsuz da buna gələcəyik. Öz əməlləri ilə bir çoxlarının ölümünə səbəb olanlar güllələnməlidir. Nə qədər ki, insanın seçimi var – döyüşmək, ya döyüşməmək, təbii ki, döyüşməyəcək. Bu şəkildə də müharibədə qalib gəlmək olmaz”.

Juravlev ölkədə səfərbərliyin elan olunamasına da çağırış edib.

Azpost.info

Əvvəlki məqalə

Orxan Fikrətoğlu yeni vəzifəyə təyin edilib

Sonrakı məqalə

Qazaxıstan Rusiyaya sanksiyalardan yayınmağa kömək etməyəcək