“Qazaxıstan Rusiyaya qarşı sanksiyalardan yayınmaq üçün yurisdiksiyaya çevrilməyəcək”.
Azpost.info xəbər verir ki, bunu Qazaxıstanın milli iqtisadiyyat naziri Alibek Kuantirov deyib.
“Biz bütün ölkələrlə – həm sanksiya tətbiq edənlərlə, həm də bu məhdudiyyətlərə məruz qalanlarla konstruktiv dialoq aparırıq. Hamıya deyirik ki, bizim belə bir coğrafiyamız var, çalışaq, əziyyət çəkməyək, itkiləri minimuma endirək”, – nazir bildirib.
Kuantirov ticarət məhdudiyyətlərindən itkiləri minimuma endirməyə çağırıb. O, Rusiya ilə ticarəti davam etdirməyi təklif edib: “Amma bu ticarət sanksiyaya məruz qalan mallar üzrə olmayacaq. Qazaxıstan münaqişə tərəfi deyil, ona görə də o, ən az itki verən yolu seçməlidir”.
Azpost.info
