Dünən Şəhid olmuş hərbi qulluqçu futbolçu olub –-FOTO

Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Elmin Əlizadə keçmiş futbolçu olub.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, o, 2013-2016-cı illər ərzində UGİM Mingəçevir komandasının tərkibində milli assosiasiyanın keçirdiyi liqalarda iştirak edib.

“Futbol ictimaiyyəti adından bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin”, – AFFA-dan bildirilib.

Qeyd edək ki, Ermənistanın təxribatı nəticəsində Azərbaycanın 7 hərbçisi şəhid olub, 10-u yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rüstəm Muradov Bakıdan Yerevana 1 erməni hərbçisinin cəsədini aparıb –

Sonrakı məqalə

““S-400”lərin hansı hissəsini istehsal edəcəyimizi açıqlamayacağıq” –