Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən gün ümumi çəkisi 15,8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Həmçinin 44 psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.
AzPost xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.