Dünya Bankı: Azərbaycanda kişi və qadınların rəqəmsal savadlılıq səviyyəsi fərqlidir

Azərbaycanda son beş ildə rəqəmsal bacarıqlar və rəqəmsal xidmətlərə çıxış əhəmiyyətli dərəcədə yaxşılaşıb.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən “StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu”nda panel müzakirəsi zamanı Dünya Bankının Azərbaycan, Avropa və Mərkəzi Asiya üzrə meneceri Steffi Stallmeister deyib.

“Lakin hələ də rəqəmsal gender fərqi mövcuddur”, – deyə S.Stallmeister vurğulayıb.

O qeyd edib ki, Azərbaycanda internetdən istifadə edən qadınlarla kişilər arasında 7 faiz bəndi fərq var:

“Rəqəmsal savadlılıq səviyyəsində isə bu fərq 5 faiz bəndidir. Bu isə yalnız Azərbaycanın yox, dünyadakı bir çox ölkənin qarşılaşdığı məsələdir və həll olunması vacibdir”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.