Dünya bazarında buğda ucuzlaşıb –RƏQƏMLƏR

buğda
buğda

2025-ci ilin mart ayında buğdanın qiyməti əvvəlki aya nisbətən 6.6 faiz ucuzlaşaraq bir tonu 228 ABŞ dollar səviyyəsində qərarlaşıb.

AzPost bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin hesabatında qeyd edilib.

Rusiya buğdasının ixrac qiyməti mart ayında əvvəlki aya nisbətən 0.5% artaraq 249 ABŞ dolları/ton təşkil edib.

Məlumatlar ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 10 Aprel 2025-ci il tarixli hesabatı əsasında hazırlanıb.

2024/2025-ci məhsul ili üzrə qlobal buğda istehsalının ötən ilə nəzərən 5 milyon ton artaraq 797 milyon ton olacağı proqnozlaşdırılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.