Dünya bazarında çay və şəkər ucuzlaşıb –QİYMƏTLƏR

Yanvarda dünya bazarında çayın 1 kiloqramının qiyməti əvvəlki ayla müqayisədə 7.8% azalaraq 2.7 dollar olub.

AzPost bildirir ki, bu barədə Kənd Təsərüfatı Nazirliyinin Aqrar Tədqaqatlar Mərkəzinin bülletenində bildirilir.

İcmal ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 11 Fevral 2025-ci il tarixli hesabatı əsasında hazırlanıb.

2025-ci ilin yanvar ayında şəkərin dünya bazarı qiyməti isə əvvəlki aya nisbətən 9.1% azalaraq 0.4 ABŞ dolları/kq səviyyəsində qərarlaşıb.

Soyanın 1 tonunun qiyməti əvvəlki aya nisbətən 2.1% azalaraq 401 ABŞ dolları səviyyəsinə enib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.