Dünya bazarında düyü, şəkər və çay neçəyə satılır? –QİYMƏTLƏR

Dünya bazarında düyünün bir tonu 564 dollara satılır.

Azpost.info bildirir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin icmalında deyilir. İcmal ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 11 Oktyabr 2024-cü il tarixli hesabatı əsasında hazırlanıb.

Hesabata görə, 2024-cü ilin sentyabr ayında düyünün qiyməti əvvəlki aya nisbətən 0.4% azalaraq 564 ABŞ dolları/ton səviyyəsində qərarlaşıb.

Hesabatda şəkərin və çayın qiyməti də qeyd edilib.

2024-cü ilin sentyabr ayında şəkərin dünya bazarı qiyməti əvvəlki aya nisbətən 9.3% artaraq 0.45 ABŞ dolları/kq  olub.

Sözü gedən dövr ərzində çayın 1 kiloqramının dünya bazarı qiyməti əvvəlki ayla müqayisədə 1.5% artaraq 3.3 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Azpost.info

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.