Dünya bazarında günəbaxan və zeytun yağı neçəyədir? –QİYMƏTLƏR

 Dünya bazarında günəbaxan yağının qiymətində qeyri-müəyyənlik müşahidə olunur. Oktyabr ayında günəbaxan yağının 1 tonunun qiyməti əvvəlki aya nisbətən 12.9% artaraq 1206 ABŞ dolları səviyyəsinə yüksəlib.

Azpost.info bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin oktyabr ayı üçün hazırlanmış hesabatında bildirilir.

Hesabat ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 8 Noyabr 2024-cü il tarixli hesabatı əsasında hazırlanıb.

Dünya bazarında zeytun yağı isə ucuzlaşıb.

Hesabatda deyilir ki, 2024-cü ilin oktyabr ayında zeytun yağının 1 tonunun qiyməti əvvəlki aya nisbətən İtaliya bazarında 1.0%, İspaniya bazarında 3.1%, Yunanıstan bazarında 1.6% azalaraq müvafiq olaraq 10042 dolları, 7949 dolları və 7415 dollar olub.

Oktyabr ayında soyanın 1 tonunun qiyməti əvvəlki aya nisbətən 13.0% artaraq 442 ABŞ dolları səviyyəsinə qalxıb.

Əvvəlki məqalə

Gənc şair faciəvi şəkildə öldü

Sonrakı məqalə

Xarici media nümayəndələri üçün mediatur təşkil olunub