Mal ətinin 1 kiloqramının dünya bazarında qiyməti 6,3 dollardır.
Azpost.info bildirir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin icmalında deyilir. İcmal ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 11 Oktyabr 2024-cü il tarixli hesabatı əsasında hazırlanıb.
Hesabata görə, mal ətinin dünya bazar qiymətində qeyri-sabitlik müşahidə olunur. Sentyabr ayında 1 kiloqramının qiyməti əvvəlki aya nisbətən 0.7% azalaraq 6.3 ABŞ dolları səviyyəsinə enib.
Sentyabr ayında Avropa bazarında qoyun ətinin 1 kiloqramının orta qiyməti əvvəlki aya nisbətən 4.2% artaraq 9.4 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Ötən ay quş ətinin 1 kiloqramının dünya bazarı qiyməti əvvəlki ayla müqayisədə 6.9% artaraq 3.2 ABŞ dolları səviyyəsində olub.
Azpost.info