Dünya bazarında südün tonu neçəyə satılır?

Ötən ilin dekabrında dünya bazarında südün qiyməti ucuzlaşıb.

2024-cü ilin noyabr ayında ABŞ bazarında südün1 tonunun fermadan satış qiyməti əvvəlki ayla müqayisədə 3.9% azalaraq 534 ABŞ dollar olub.

AzPost bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin bülletenində açıqlanıb.

Avropa İttifaqında qiymət 1.3% azalaraq 557 dollar, Yeni Zelandiya bazarında isə 2.4% artaraq 450 dollar olub.

Quru südün 1 tonunun qiyməti dekabrda ABŞ-da  4966 dollar, Avropa İttifaqında 4629 dollar olub.

Məlumat ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 10 yanvar 2025-ci il tarixli hesabatı əsasında hazırlanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.