Dünya bazarlarında qızılın qiyməti III rüb ərzində 40% artıb

Pensiya
Pensiya

Bu ilin üçüncü rübündə dünya bazarlarında qızılın orta qiyməti illik müqayisədə 40% artaraq bir troya unsiya üçün 3 456,54 ABŞ dolları təşkil edib.

Bu barədə “APA-Economics” Ümumdünya Qızıl Şurasının (World Gold Council, WGC) hesabatına istinadən xəbər verir.

“London Qiymətli Metallar Bazarı Assosiasiyasına (LBMA) üzrə qızıl qiyməti qeyd olunan rübdə 13 dəfə yeni tarixi maksimum səviyyəyə çatıb”, – hesabatda qeyd olunub.

Bununla belə, bu ilin ikinci rübü ilə müqayisədə üçüncü rübdə qızılın orta qiyməti 5% artıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.