Dünya bilikli işçi qıtlığı çəkir

Məşğulluq problemləri üzrə ixtisaslaşan “ManpowerGroup” şirkəti işçi qüvvəsi ilə bağlı araşdırmasının nəticələrini açıqlayıb.

İqtisadçı Rövşən Ağayev yazır ki, 41 ölkədə 40 minə yaxın işəgötürən arasında aparılmış sorğularda hər dörd işəgötürəndən az qala üçünün yüksək qabiliyyətli və bilikli işçi qıtlığı çəkdiyi üzə çıxıb: “Tayvanda işəgötürənlərin 90, Almaniyada 86, Türkiyədə 71 faizi bundan gileylənib. Bu fərqlər istehsalın texnoloji səviyyəsinə, istehsal potensialına və iqtisadiyyatın işçi qüvvəsinə tələbat səviyyəsinə görə yaranır. Yüksək texnoloji potensiala malik ölkələrin yüksək qabiliyyətli və bilikli işçi qüvvəsinə tələbatı da artır. Belə ölkələr xaricdən yüksək ixtisaslı işçilərin axınında maraqlı olur”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.