Dünya çempionatı:Azərbaycanın 7 güləşçisi mübarizəyə başlayır

Bu gün – hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının ikinci günündə Azərbaycanın daha 7 güləşçisi xalçaya çıxacaq.

“Sərhədçi” İdman Mərkəzində təşkil olunan mundialda 5 kişi, 2 qadın güləşçimiz mübarizə aparacaq.

Kişilər arasında Ceyhun Allahverdiyev (61 kiloqram), Orxan Abbasov (79 kiloqram), Fərid Cabbarov (86 kiloqram), Zəfər Əliyev (97 kiloqram) və Rahid Həmidli (125 kiloqram) qüvvələrini sınayacaqlar.

Qadınların mübarizəsində isə Şirinova Gültəkin (53 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) medallar uğrunda yarışacaqlar.

Qeyd edək ki, turnirin ilk günü Əli Rəhimzadə (65 kiloqram), Hacı Əliyev (70 kiloqram), Turan Bayramov (74 kiloqram) və İbrahim Yusubov (92 kiloqram) qızıl medal qazanıblar. Elnurə Məmmədova (52 kiloqram) ikinci, Nərgiz Səmədova (50 kiloqram) isə üçüncü yerləri tutublar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.