Forbes jurnalı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək Dünya Kubokunda ən çox qazanan futbolçuların adlarını açıqlayıb.
Azpost.info bildirir ki, siyahıya illik gəliri 300 milyon avro olan 41 yaşlı Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo başçılıq edir.
1. Kriştiano Ronaldo (Portuqaliya) – 300 milyon avro
2. Lionel Messi (Argentina) – 140 milyon avro
3. Kilian Mbappe (Fransa) – 95 milyon avro
4. Erlinq Haaland (Norveç) – 80 milyon avro
5. Vinisius Junior (Braziliya) – 60 milyon avro
6. Mohamed Salah (Misir) – 55 milyon avro
7. Sadio Mane (Seneqal) – 54 milyon avro
8. Jude Bellingham (İngiltərə) – 44 milyon avro
9. Lamine Camal (İspaniya) – 43 milyon avro
10. Harri Keyn (İngiltərə) – 41 milyon avro
11. Neymar (Braziliya) – 38 milyon avro