Dünya çempionu olmuş tanınmış futbolçu karyerasını başa vurub

Almaniya millisinin Polşa əsilli sabiq futbolçusu Lukas Podolski karyerasını başa vurub.

O, “Qornik” (Polşa) və yetirməsi olduğu “Köln” (Almaniya) komandalarının özü üçün təşkil etdiyi vida matçında hər iki klubun formasını geyinib.

Həmin qarşılaşmada Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv, “Borussiya”nın (Dortmund) keçmiş qapıçısı Roman Vaydenfeller və “Bavariya”nın qolkiperi Manuel Noyer də meydana çıxıblar.

Qeyd edək ki, Lukas Podolski karyerası ərzində “Bavariya” (Almaniya), “Arsenal” (İngiltərə), “İnter” (İtaliya) və “Qalatasaray” (Türkiyə) kimi tanınmış komandalarda oynayıb. O, 2014-cü ildə Almaniya millisinin heyətində Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.