Boks üzrə keçmiş dünya çempionu Qriqori Drozdun 13 yaşlı qızı Moskvanın Xoroşevski rayonundakı evin 13-cü mərtəbəsindən yıxılaraq ölüb.
Azpost.info bildirir ki, bu barədə SHOT teleqram kanalı xəbər verir.
Məlumatda deyilir ki, hadisə ailə münaqişəsindən sonra baş verib. Həmin vaxt bütün ailə – iki valideyn və üç uşaq.mənzildə olub.
“Moskovski komsomolets”in məlumatına görə, münaqişəyə səbəb qızın orta məktəbdə zəif oxumasına görə danlanması olub. Söhbətdən sonra qızın mobil telefonu ondan alınıb.
Mübahisədən sonra qız başqa otağa keçib. Valideynləri otağa baxanda pəncərənin açıq olduğunu, otaqda heç kimin olmadığını görüblər.
Yıxılaraq xəsarətlər almış məktəbli qız təcili yardım maşınında dünyasını dəyişib.
Azpost.info