Dünya futbolunun ən yaxşı hücumçuları bəlli olub-SİYAHI

“FourFourTwo” nəşri peşəkar karyerasını davam etdirən ən yaxşı on hücumçunun reytinqini açıqlayıb.

Siyahının ilk pilləsində İngiltərə millisinin və Almaniyanın “Bavariya” klubunun futbolçusu Harri Keyn qərarlaşıb.

İngiltərənin digər təmsilçisi “Mançester Siti”də çıxış edən norveçli forvard Erlinq Holann ikinci sırada yer alıb.

İlk “üçlüy”ü Fransa yığmasının və PSJ-nin hücumçusu Kilian Mbappe tamamlayır.

Dünyanın ən yaxşı 10 hücumçusu:

1. Harri Keyn – “Bavariya” (Almaniya)

2. Erlinq Holann – “Mançester Siti” (İngiltərə)

3. Kilian Mbappe – PSJ (Fransa)

4. Viktor Osimhen – “Napoli” (İtaliya)

5. Lautaro Martines – “Milan” (İtaliya)

6. Son Xın Min – “Tottenhem” (İngiltərə)

7. Aleksander İsak – “Nyukasl” (İngiltərə)

8. Darvin Nunyes – “Liverpul” (İngiltərə)

9. Randal Kolo Muani – PSJ (Fransa)

10. Santyaqo Ximenes – “Feyenoord” (Niderland)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.