“Dünya iqtisadiyyatını qlobal geriləmə gözləyir, 2023-də çox çətin olacaq”– BVF rəhbəri

Gələn il dünya iqtisadiyyatı qlobal resessiya ilə üzləşə bilər.

Azpost.info xəbər verir ki, bunu “Reuters”ə müsahibəsində Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva deyib.

“Qlobal artım proqnozu ilə bağlı apreldəki son yeniləməmizdən sonra vəziyyət əhəmiyyətli dərəcədə pisləşib”, – Fond rəhbəri bildirib.

O, geniş yayılmış inflyasiya, daha böyük faiz artımı, Çinin iqtisadi yavaşlaması və Rusiyanın Ukraynadakı müharibəsi ilə əlaqədar sanksiyaların artmasına əsaslanaraq belə nəticəyə gəldiyini bildirib: “Dünya çox təlatümlü sulardadır. 2022-ci il çətin, 2023-cü il isə daha da çətin il olacaq”.

Georgieyva 2022-ci il qlobal artım proqnozunu önümüzdəki həftələrdə 3.6 faizə endirəcəklərini və BVF iqtisadçılarının hələ də yeni rəqəmləri yekunlaşdırdıqlarını qeyd edib: “Son iqtisadi məlumatlar Çin və Rusiya da daxil olmaqla bəzi böyük iqtisadiyyatların ikinci rübdə yavaşladığını  göstərdi. 2023-cü ildə risklər daha da yüksək olacaq”.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.