Litva Tayvanda nümayəndəlik açır- Baş nazirin müşaviri rəhbərlik edəcək

Litva sentyabrın 13-də Tayvanda ilk ticarət ofisini açacaq.

Azpost.info xəbər verir ki, “Bloomberg” bu barədə iqtisadiyyat və innovasiyalar nazirinin müavini Yovita Neliupsiensenə istinadən yazır.

Nümayəndəliyə Litva Baş nazirinin müşaviri Paulyus Lukauskas rəhbərlik edəcək.

Çin hökuməti Tayvanda nümayəndəlik açmaq qərarına görə Litvanı sərt tənqid edib. Vilnüsün bu addımı Çinin ərazi bütövlüyünün pozulması və daxili işlərinə müdaxilə kimi qiymətləndirilir.

Azpost.info

Əvvəlki məqalə

Dünya liderləri II Elizabetin dəfn mərasiminə avtobusla gələcəklər

Sonrakı məqalə

Boğazında qarğıdalı dənəsi qalan 28 yaşlı Şəki sakini ölüb