Dünya okeanının səviyyəsi rekord sürətlə artır

Sakit və Atlantik
Sakit və Atlantik

Dünya okeanının səviyyəsi son 4000 ildə rekord sürətlə artır.

AzPost-un məlumatına görə, bu barədə “Nature” jurnalı Rutgers Universitetinin alimlərinə istinadən bildirir.

Alimlərin məlumatlarına görə, 1900-cü ildən bəri dünya okeanının səviyyəsi ildə orta hesabla 1,5 millimetr yüksəlib. Bu da son dörd minillik ərzində hər yüzillik dövrdən xeyli yüksəkdir.

Tədqiqat zamanı alimlər qədim mərcan qayalarından və manqrovlardan təxminən 12.000 ili əhatə edən minlərlə geoloji qeydləri təhlil ediblər. Təkcə Qrenlandiya 2023-cü ilin sentyabrından 2024-cü ilin avqustuna qədər 80 milyard ton buz itirib. Onun buz ehtiyatları əridiyi təqdirdə qlobal okean səviyyəsini 7,4 metr yüksəltmək üçün kifayət edəcək və dünyanın sahilyanı şəhərlərini təhdid edəcək.

Bu fenomenin əsas səbəblərinin okeanların istiləşməsi və buzlaqların əriməsi olduğu güman edilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.