“Dünya qaralara və ağlara eyni münasibət göstərmir, bu məni incidir” –ÜST direktoru

Dünya qaradərililərə və ağlara təsir edən fövqəladə hallara eyni dərəcədə diqqət yetirmir”.

Azpost.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Tedros Adhanom Qebreyesus deyib.

O qeyd edib ki, Ukraynaya göstərilən yardımın yalnız kiçik bir hissəsi digər humanitar böhranlara verilib. Eyni zamanda, Qebreyesus etiraf edib ki, Ukraynaya yardım çox vacibdir, çünki bu, bütün dünyaya təsir edir.

ÜST rəhbərinin sözlərinə görə, Efiopiya, Yəmən, Əfqanıstan və Suriyada böhranlar davam edir, lakin onlar dünya ictimaiyyətini Ukraynadakı müharibə kimi narahat etmir: “Dünyanın həqiqətən də qara və ağların həyatına eyni dərəcədə diqqət yetirdiyini deyə bilmirəm. Açıq və dürüst olmaq lazımdır ki, dünya insan övladına eyni münasibət göstərmir. Bu, məni incidir. Çünki bunu görürəm. Qəbul etmək çox çətindir, amma belədir”.

Qebreyesus qeyd edib ki, BMT-nin hesablamalarına görə, Efiopiyanın gündəlik 100 yük maşını həyati vacib humanitar ləvazimatlara ehtiyacı var: “Efiopiya hökuməti ilə üsyançılar arasında silahlı toqquşmalar 2020-ci ilin noyabrından davam edir. Hərbi əməliyyatlar nəticəsində minlərlə insan, o cümlədən dinc sakin həlak olub”.

Azpost.info

Əvvəlki məqalə

Ficidə rusiyalı oliqarxın 325 milyonluq yaxtasına həbs qoyuldu

Sonrakı məqalə

Ukrayna Rusiyanı cavab zərbəsi ilə hədələyib: