Ficidə rusiyalı oliqarxın 325 milyonluq yaxtasına həbs qoyuldu

Fici polisi rusiyalı oliqarx Süleyman Kərimova məxsus 325 milyon dollarlıq “Amadea” yaxtasına həbs qoyub və ekipajını saxlayıb.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, yaxta aprelin 12-də Meksikadan Lautoka limanına gəlib. Polis komissarı Sitivini Kilixo bildirib ki, yaxta gömrükdən keçmədən Ficinin iqtisadi zonasına yanaşıb. Qaydalara görə, Ficiyə daxil olan yaxtalar icazəni əvvəlki limanı tərk etməzdən əvvəl almalı və üç gün öncədən gömrük sənədlərini təqdim etməlidirlər.

Kilixo həmçinin təsdiqləyib ki, rus oliqarxlarına qarşı sanksiyalar tətbiq etmək üçün Ficinin digər ölkələrlə razılaşmaları var. ABŞ səfirliyi “Amadea”nın Fici limanına gəlişindən xəbərdar olduğunu və bununla bağlı yerli hakimiyyət orqanları ilə əməkdaşlıq etdiyini bildirib: “Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya qarşı amansız, əsassız müharibəsini dəstəkləyən oliqarxların aktivlərinin tapılması xəttinə sadiqdir. Biz və Avropa İttifaqındakı bir neçə tərəfdaşımız artıq bu oliqarxların bir çox aktivlərini dondurmuş və həbs etmişik”.

Qeyd edək ki, S.Kərimov Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı ABŞ, Britaniya və Avropa İttifaqının sanksiya siyahısına düşüb.

Azpost.info

Əvvəlki məqalə

“Kiyevin Almaniya prezidentini rədd etməsi diplomatik səhv idi” –

Sonrakı məqalə

“Dünya qaralara və ağlara eyni münasibət göstərmir, bu məni incidir” –