Dünya şöhrətli müğənni Ozzi Osborn vəfat edib

LONG BEACH, CALIFORNIA – SEPTEMBER 10: Musician Ozzy Osbourne signs copies of his album “Patient Number 9” at Fingerprints Music on September 10, 2022 in Long Beach, California. (Photo by Scott Dudelson/Getty Images)

Dünya şöhrətli müğənni, “Black Sabbath” qrupunun yaradıcılarından Ozzi Osborn 76 yaşında Britaniyada vəfat edib.

AzPost Sky Newsə istinadən bildirir ki, bu barədə onun ailəsi açıqlama verib.

“Əzizimiz Ozzi Osborn bu səhər dünyasını dəyişdiyini kədərlə bildiririk”, – ailə bildirib.

İyulun 5-də Osborn son dəfə Black Sabbath ilə səhnədə çıxış edərək doğma şəhəri Birmingemdəki Villa Parkda vida konserti verib. Konsertdə həmçinin bir sıra ulduzlar, o cümlədən Metallica, Slayer, Alice in Chains və Guns’n’Roses iştirak edib. Bilet satışından əldə olunan gəlir xeyriyyə işlərinə sərf olunub. Parkinson xəstəliyi diaqnozu qoyulan musiqiçi taxtda oturaraq mahnı oxuyub.

Osborn 1969-1977-ci illərdə Black Sabbath-da oxuyub, sonra solo karyera qurub. 2000-ci illərdə MTV-də həyatı haqqında “The Osbournes” realiti-şousunda iştirak edib.

Black Sabbath qrupunun üzvü kimi o, ABŞ-ın Rok və Roll Şöhrət Zalına daxil edilib.

Osbornun Birmingem Şöhrət Xiyabanında və Hollivud Şöhrət Xiyabanında ulduzları var. 2014-cü ildə Qlobal İkon üçün MTV Avropa Musiqi Mükafatlarını qazanıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.